Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
Noyabrın 2-3-də gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
"Sarı xəbərdarlığa uyğun olaraq Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl və Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək", - deyə məlumatda qeyd olunub.
"Güclü külək" teqi üzrə xəbərlər
- Güclü külək İvanovkada ağacları kökündən qopardı: Elektrik verilişində fasilə yarandı
- Üzərinə darvaza aşan Ağsu sakini öldü
- "60-a yaxın yaşım var, hələ belə külək görməmişdim" - Yevlaxda ciddi fəsadlar
- Güclü külək Mingəçevirdə qəbiristanlığı dağıtdı
- Göyçaydakı güclü küləyin fəsadları sahibkarlardan yan ötüşməyib
Rəylər