Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sürücülərə xəbərdarlıq EDİLDİ
Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə dekabrın 8-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Qoşqulu, tentli, uzunölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
- Yük avtomobillərində arxa duman işığı "dəb"i: Hansı CƏRİMƏ GÖZLƏYİR?
- QHT sədri qəza törətdi, ölən var
- Baş Dövlət Yol Polisi İdarəsində rəis vəzifəsinə TƏYİNAT
- Sərxoş kişi polisi maşınını yandıracağı ilə hədələdi, sürücülük hüququnun olmadığı ortaya çıxdı
Rəylər