Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təklə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub.
O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.