Bu gün Latviyanın Riqa şəhərində Azərbaycan və Latviya Nəqliyyat nazirliklərinin nümayəndələri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Oxu.Az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şafa Mehmanqızı bildirib.
İclasda ölkələrimiz arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının vəziyyəti, mövcud problemlər və inkişaf perspektivləri, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən keçən tranzit yüklərin həcminin artırılması, 2016 -2017-ci illər üçün “İcazə”lərin kontingentinin müəyyən edilməsi və hər iki tərəf üçün maraq kəsb edən digər məsələlər müzakirə edilib.
İclasda müvafiq razılaşmalar əsasında Protokol imzalanıb.