Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Lazar Komanesku: "İdarəetmənin yenilənməsi ilə bağlı gələcəkdə daha çox iş görüləcək"
"Qara dəniz bölgəsində ətraf mühiti yaxşılaşdırmaq və iqlim çağırışlarını mümkün qədər yaxşı idarə etmək üçün görüləsi çox iş var".
Oxu.Az xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iqlim çağırışlarının idarə edilməsində dövlət qurumlarının rolu önəmlidir.
QDİƏT rəsmisi qeyd edib ki, gələn il yanvarın 1-dən təşkilata sədrlik Azərbaycana keçəcək. O, idarəetmənin yenilənməsi ilə bağlı gələcəkdə daha çox iş görəcəklərinə nikbin baxdığını deyib.
"Qara dəniz regionunda əməkdaşlığın gücləndirilməsi üçün qarşıya qoyulan məqsədlərə, xüsusilə də iqlim dəyişikliyi çağırışlarını daha da irəli aparmaq üçün intensiv iş görməyi səbirsizliklə gözləyirik. Çünki Qara dəniz bölgəsində də ətraf mühiti yaxşılaşdırmaq və iqlim çağırışlarını mümkün qədər yaxşı idarə etmək üçün görüləsi çox işimiz var", - baş katib əlavə edib.
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
- Qlobal problemin çözümündə Azərbaycanın növbəti diplomatik qələbəsi
- Moldova portalı: Azərbaycan COP29-da ekoloji diplomatiya sahəsində sıçrayış etdi
- Bu günün bir vaxtlar söz-söhbət adlandırdığımız reallıqları
- COP29-da Azərbaycan mediasında yayımlanan xəbər və reportajların sayı açıqlanıb
Rəylər