Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Marketlərdə niyə uşaqlara siqaret satılır? – VİDEO
Azərbaycan qanunvericiliyinə görə, 18 yaşa çatmamış şəxslərə tütün məmulatlarının satılması qadağandır. Bəs bu qanuna nə dərəcə riayət olunur?
Oxu.Az xəbər verir ki ARB TV Qubada sosial eksperiment keçirərək 9-cu sinif şagirdinə siqaret satılıb-satılmamasını öyrənib. Eksperiment zamanı marketlərdə satıcılar tərəfindən azyaşlı uşağa siqaret satılıb.
Satıcılar bunun səbəbini onunla izah ediblər ki, azyaşlılar siqareti özləri üçün yox, ailə üzvləri üçün alırlar. Bəzi satıcılar isə, ümumiyyətlə, belə qanundan xəbərdar olmadıqlarını deyiblər.
Həmin videomaterialı təqdim edirik :
İ.N.
"Quba" teqi üzrə xəbərlər
Ən çox oxunanlar