Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Uber”in rəhbəri müddətsiz məzuniyyətə getdi
“Uber”in yaradıcısı və baş direktoru Trevis Kalanik əməkdaşlara məktub yazaraq şirkəti müvəqqəti olaraq tərk etdiyini bildirib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, T. Kalanik məktubda ötən ay anasının ölümü ilə nəticələnmiş faciəli hadisədən sonra özünə gələ bilmədiyini qeyd edib. Bildirib ki, məzuniyyət götürməyə məcburdur. O, şirkətdəki vəziyyətə görə məsuliyyəti üzərinə götürüb.
T. Kalanik ykeçirdiyi çətin günlər və yenilənmə müddətinə girmək üçün müddətsiz icazəyə çıxdığını deyib.
L.Ə.
Ən çox oxunanlar