Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Masallı ağbirçəklərindən ailə sirləri: "Acından ölsən də, ərindən nəsə istəmə"
"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Masallının köhnə adət-ənənələrindən bəhs olunub.
Rayon sakini Səyyarə Novruzova bildirib ki, zəmanə həmin zəmanədir, sadəcə insanlar dəyişib.
79 yaşlı Səyyarə nənə necə ailə həyatı qurmasından söz açıb:
"Bizim zəmanəmizdə valideynlə övladları arasında pərdə var idi. Bizə icazə yox idi, deyək ki, filankəslə evlənmək istəyirik. Böyüklərimizin razılığı ilə ailə həyatı qurmuşuq".
O, indiki zəmanədəki evliliklərdən də danışıb:
"İndi bir-birilərini istəyirlər, beş gündən sonra ayrılırlar. O vaxtlar boşanmalar azlıq təşkil edirdi".
Daha ətraflı Baku TV-nin süjetində:
