Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayon ərazisindən keçən yeni Ələt-Astara magistralında qeydə alınıb.
Məlumata görə, "Chevrolet Cruze" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12