Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimlikləri məlum olub.
“Report”un Cənub bürosunun verdiyi məlumata görə, qəzada Orxan Ağaverdiyev Şakir oğlu və Mustafayev Qismət Mahir oğlu ağır xəsarət alıblar. Talıblı Müşfiq Etibar oğlu və Hüseynov Məzahir Vəfadar oğlu isə hadisə yerindəcə keçiniblər.01:35
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, qəza Sənaye Məhəlləsinin qarşısından keçən yolda qeydə alınıb.
“KamAZ” markalı avtomobil digər eynimarkalı yük maşınını yedəyə alaraq əsas yola daxil olub. Bu zaman əsas yolla hərəkətdə olan “VAZ 21011” markalı avtomobil iki “KamAz” arasındakı qoşquya çırpılıb. Nəticədə iki nəfər hadisə yerində vəfat edib, iki nəfər isə yaralanıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan birinin vəziyyəti daha ağırdır. Vəfat edənlər isə aidiyyəti üzrə təhvil verilib.
Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.