Masazırda yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, Afiq Abdulhüseynov küçəsində artıq bir neçə aydır çirkab su ətrafa axır.
Sakinlər qeyd ediblər ki, bina tikilib, lakin kanalizasiya sistemi işləmir:
"Bir neçə aydır kanalizasiyanın çirkab suyu küçəyə axır, baxan və maraqlanan yoxdur".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində nasazlıq qeydə alınıb. Xəttin zədələnmiş hissəsi yenisi ilə əvəz ediləcək.
Aygün Mirakif