Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Bildirilib ki, ulu öndərin abidəsi önünə əklil qoyulub və gül dəstələri düzülüb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Eyni zamanda, Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin əziz xatirəsi yad edilib.