“Hazırda “MediClub” klinikası öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir və bunun üçün kifayət qədər resurslarımız var”.
Bu barədə klinikanın yaydığı açıqlamada deyilir.
Qeyd edilib ki, bu gün bir çox sosial şəbəkə istifadəçiləri məlumat yayaraq bildiriblər ki, yaralılara yardım etmək üçün “MediClub” klinikasının personalı çatışmır:
“Biz bir çox fiziki şəxslərdən, klinikalardan və ictimai təşkilatlardan kömək etmələri barədə müraciətlər almışıq. Hər kəsə səmimi qəlbdən təşəkkür edirik, lakin nəzərinizə çatdırmaq istəyirik ki, hazırda “MediClub” klinikası öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir və bunun üçün kifayət qədər resurslarımız var, yaralılara yardım yüksək səviyyədə aparılır və personal çatışmazlığı ilə bağlı problemimiz yoxdur.
“MediClub” klinikasının administrasiyası tərəfindən verilən informasiyalar ancaq MediClub-ın rəsmi səhifələrində yerləşdirilir”.