Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Sülh küçəsində sakinləri narahat edən antisanitar vəziyyət aradan qaldırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polisin müşayiəti ilə əraziyə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunublar.
Ərazidə yaranmış vəziyyət nəzarətə götürülüb və problem həllini tapıb.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Sülh küçəsində antisanitar vəziyyət hökm sürür.
Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, küçədə məişət tullantıları vaxtında ərazidən götürülmür və nəticədə yol kənarında böyük miqdarda zibil toplanıb.
"İydən boğuluruq, ətrafı üfunət bürüyüb", - deyə sakinlər bildiriblər.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.