Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məhərrəm ayında toy etmək olmaz?
Hicri-qəməri təqvimi ilə iyulun 7-dən dünya müsəlmanlarının bir qismi üçün məhərrəm ayı başlayıb.
Ölkəmizdə də vətəndaşlarımızın bir hissəsi bu ayı məhz matəm hesab etdiyi üçün toy, nişan kimi məclislər etməkdən imtina edir.
Bəzisi bu ayda toy-büsat etməyi adi hal hesab etsə də, məhərrəm ayında şadlıq saraylarında durğunluq müşahidə edilir.
Şadlıq evinin inzibatçısının sözlərinə görə, vətəndaşların bir çoxu bu ayda nəinki toy etmək, hətta toyun vaxtını belə danışmağın uğursuzluq gətirəcəyini düşünür.
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı Samid Quliyev bildirib ki, islam dinində və şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb:
"İslamda hər hansı bir gün yoxdur ki, həmin gündə toy etmək, şənlik keçirmək qadağan edilsin".
"Məhərrəm ayı 2024" teqi üzrə xəbərlər
- İranda minik avtomobili məhərrəmlik mərasiminə qatılan izdihama çırpılıb
- Azyaşlıları dini mərasimlərə apararaq psixoloji inkişafa təsir edən hərəkətlərə imkan vermək olmaz
- İlahiyyatçı: "Aşura mərasimlərində insanların özlərinə fiziki işgəncə verməsi dinimizdə bəyənilmir"
- Aşura mərasimi hansı məscidlərdə keçiriləcək? - AÇIQLAMA
- QMİ-nin sədr müavini: "Aşura gününün ən savab işi şəhidlərin ruhuna xatir qan verməkdir"
Rəylər