"Müəllimlər, bunu valideynlərə bildirin, hamı məktəbli formasını Tamirin mağazasından alsın! Aldığınız geyimlər haqqında mənə məlumat verin, çünki məndən də hesabat tələb olunur".
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu səs yazısının Göyçay rayonunun Çərəkə kənd 2 saylı tam orta məktəbin direktor səlahiyyətlərini icra edən Könül xanım tərəfindən müəllimlər qrupuna göndərildiyi iddia olunur.
Səs yazısının müəllimi ilə əlaqə saxlanılıb. O, səhhətində problem yarandığını və buna görə heç bir açıqlama verə bilməyəcəyini bildirib.
Mağaza rəhbərliyi isə səs yazısını anti-reklam adlandırıb.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.