Nigeriyada gəmi qəzası nəticəsində əksəriyyəti uşaqlar olmaqla azı 43 nəfər suda boğularaq ölüb.
Oxu.Az "Punch" qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Sokoto ştatının Qorau yaşayış məntəqəsi yaxınlığında baş verib.
Məlumata görə, gəmidə ümumilikdə 70-dən çox insan olub. Onlardan 16 nəfər xilas edilib.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qaynar xətt:
(055) 224 12 12