Bakı metrosunda qatarların intervalında gecikmə müşahidə olunur.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat verib.
Sərnişinlər bildiriblər ki, hazırda metronun "28 May" və "Gənclik" stansiyalarında sıxlıq müşahidə edilir.
"Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, saat 17:03-də metronun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılıb. Bu səbəbdən "qırmızı" və "yaşıl" xətlərdə qatarların hərəkətində gecikmələr var.
Metronun "28 May" stansiyası


Metronun "Nəriman Nərimanov" stansiyası


Aygün Mirakif