25 sentyabr saat 17:53-də Bakı metropoliteninin "Memar Əcəmi" - "20 Yanvar" mənzilində sərnişin (kişi) qatar yoluna tullanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb. Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.
13 dəqiqə sonra, saat 18:06-da gərginlik bərpa olunub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur.
Bu gün axşam saatlarında Bakı metropoliteninin "Memar Əcəmi" və "20 Yanvar" stansiyaları arasındakı sahədə kişi relslərə düşüb.
Oxu.Az Minval.az-a istinadən xəbər verir ki, dərhal təmas relsində elektrik enerjisi kəsilib. Sərnişin relslərdən çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.
Elektrik enerjisinin verilişi bərpa olunub.