Tüstülənmə baş verən metronun "Cəfər Cabbarlı" stansiyasının giriş-çıxışı açılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb.
"Bakı Metropoliteni" QSC "Cəfər Cabbarlı" stansiyasında baş verən tüstülənmə ilə bağlı məlumat yayıb.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, hadisə stansiyaya bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.
"Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə "Cəfər Cabbarlı" stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib. Sərnişinlərin hərəkəti "28 May" stansiyası istiqamətindən təmin edilib.
"Cəfər Cabbarlı" və "28 May" stansiyalarının, həmçinin "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.
Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək", - məlumatda qeyd edilib.
Bakı metrosunun Cəfər Cabbarlı" stansiyasında tüstüləmə olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, stansiyada tüstü müşahidə edilib.
İlkin ehtimala görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.