Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məzarları səngərlə ayrılan bacıların həyatda olan bacısı danışdı - VİDEO
Ağdam rayonunun Yusifcanlı kəndində iki qəbirstanlıq var. Biri 1993-cü il işğal tarixinə qədər, digəri isə işğal illərindən sonra Əfətli kəndi tərəfdə salınan qəbirstanlıq.
İki tərəfi bir-birindən Qarqarçay ayırır. Qarqarçayın işğaldan əvvəlki tərəfində iki qəbir Səringül Mürşid qızı Qəhrəmanova və bacısı Təyyarə Mürşid qızı Qəhrəmanovayanın qəbirləri dünya mediasının diqqətini cəlb edib.
Jurnalist Səxavət Məmmədin ilk dəfə üzə çıxardığı, fotoqraf Orxan Əzimin Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Yusifcanlıda çəkdiyi şəkil müharibənin dəhşətini, Ermənistan tərəfinin işğal ərazisində törətdiyi müharibə cinayətlərini bir daha isbat edir.
Belə ki, Ermənistan silahlı bölmələri 1994-ci ildə işğal edərək dağıtdıqları kəndin qəbirstanlığında səngərlər qazıb, minalar basdırıblar.
Nəticədə məzarların bir qismi dağıdılıb, səngərlər Səringül və Təyyarə bacılarının yanaşı məzarlarını bir birindən ayırıb.
Mərhum bacıların həyatda olan kiçik bacısı Gülüzə Qəhrəmanova “AzTV Xəbər”ə danışıb.
Daha ətraflı AZTV-nin süjetində:
"Ağdam" teqi üzrə xəbərlər
- Postmüharibə dövrü Ağdam: Minalar əvəzinə üzüm bağları
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
Rəylər