Azərbaycan Universitetinə yeni rektor - Səadət Əliyeva təyin edilib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Səadət Əliyeva tarixə ən gənc rektor kimi düşə bilər, belə ki, onun 31 yaşı var.
O, 1986-cı ildə anadan olub və Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib.
Əmək fəaliyyətinə Azərbaycan Universitetində başlayıb. Onun hansısa elmi nailiyyətlərinə dair heç bir məlumat yoxdur.
S.S.
www.oxu.az