Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclası fasilədən sonra davam etdirilməyib.
Oxu.Az xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, jurnalistlərə iclasın təxirə salındığı bildirilib.
Səbəb açıqlanmasa da, iclasın martın 10-da keçirilməsinin nəzərdə tutulduğu deyilib.
Qeyd edək ki, bugünkü iclasın gündəliyinə daxil olan 13 məsələdən 8-i müzakirə olunmayıb.
E.Ə.
www.oxu.az