Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mingəçevir su anbarında boğulan 35 yaşlı şəxsin meyiti tapıldı
Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.
"Report"un məlumatına görə, 1989-cu il təvəllüdlü Sadiq Hüseynov Mingəçevir su anbarının Goranboy rayon ərazisində boğularaq ölüb.
Onun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.