Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə dava düşüb.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, əlbəyaxa dava səhiyyə ocağının kiçik tibb heyəti arasında qeydə alınıb.
Belə ki, mübahisə zəminində dispanserin tibb bacılarından biri həmkarı, 1978-ci il təvəllüdlü tibb bacısı Vəfa Rasim qızı Əşrəfovanı döyərək ciddi xəsarət yetirib.
Yaralı tibb bacısı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu ilə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az