Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Motosikletlər velosiped zolaqlarında ciddi təhlükə yaradırlar - NARAZILIQ
Bakı şəhərində salınan velosiped zolaqlarında motosikletlərin hərəkəti ciddi narazılığa səbəb olub.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan şikayətlərə görə, bu cür vəziyyət velosipedçilər və skuterçilər üçün real təhlükə yaradır.
Velosiped zolaqlarında motosikletlərin hərəkəti qanuni hesab olunurmu?
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, bəzən vətəndaşlar motosiklet və moped anlayışlarını qarışdırırlar:
"Velosiped zolaqlarında skuter və velosipedlərdən başqa mopedlərin hərəkəti qadağan edilmir. Əgər söhbət dövlət nömrə nişanı olan motosikletlərdən gedirsə, onların velosiped zolağı ilə hərəkət etməsi də digər nəqliyyat vasitələri kimi, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 2 cərimə balı və 100 manat məbləğində cərimə yaradır", - deyə T.Nəsirli vurğulayıb.
Əzizə İsmayılova
Rəylər