“Azərbaycanda kifayət qədər teleradio yayımçısı var. Bu səbəbdən də Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən yeni televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda 23 televiziya yayımçısı var, onlardan 10-u ümumrespublika, 13-ü isə regional yayımçıdır.
“Ümumilikdə isə Azərbaycanda lisenziya almış teleradio yayımçılarının sayı 74-dür”, - deyə T.Məmmədov bildirib.