Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

MÜTDA: "Müəllimlərə hədiyyələrin verilməsi yolverilməzdir"
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.
Oxu.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb:
"8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir.
Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək".
"8 Mart - Beynəlxalq Qadınlar Günü" teqi üzrə xəbərlər
- "Birbank Biznes"dən Beynəlxalq Qadınlar Gününə özəl "Hər İşdə Birinci Qadınlar" yarmarkası
- Məktəb direktorlarına 8 Martla bağlı tapşırıqlar verildi
- Dörd uşaq anası ifadə verdi: "Ərimin xəyanətini tutub bıçaqla vurdum"
- Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı
- Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirildi