Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cüdoçuların dünya reytinqinin ilk onluğunda altı azərbaycanlı yer aldı
Beynəlxalq Cüdo Federasiyası (IJF) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin başa çatmasından sonra yeni reytinq cədvəlini açıqlayıb.
Oxu.Az xəbər verir ki, turnirdə iştirak etməmələrinə baxmayaraq, Olimpiya çempionları Hidayət Heydərov (73 kq, 7360 xal) və Zelim Kotsoyev (100 kq, 6112) reytinq cədvəlinin zirvəsindəki mövqelərini qoruyublar.
Daşkəndin gümüş mükafatçısı Turan Bayramov (60 kq) aktivinə 700 xal əlavə edərək 8 pillə irəliləyib və hazırda 9-cu yerdədir (3353).
İlk onluğa Rəşid Məmmədəliyev (73 kq, 3757), Zelim Tsakaev (81 kq, 3900) və Elcan Hacıyev (90 kq, 3432) da daxildirlər. Onların hamısı 8-ci yerləri tuturlar.
"Hidayət Heydərov" teqi üzrə xəbərlər
- Hidayət Heydərov 2024-cü ilin ən yaxşı kişi cüdoçusu SEÇİLDİ
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
- Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb
- Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan "siması"