Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Vüqar Kərimov: "Azərbaycan iqtisadiyyatı xarici şoklara davamlıdır"
"Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilib. Azərbaycan Respublikasının Konstitusiyasında ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı bir sıra vacib müddəalar var. Belə ki, Konstitusiyanın 14 və 39-cu maddələrinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.
O bildirib ki, təbii sərvətlər xalqın mülkiyyətidir və dövlət onların qorunmasını və səmərəli istifadəsini təmin etməlidir:
"Bu baxımdan, Energetika Nazirliyi tərəfindən "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif olunan maddənin əlavə edilməsini məqsədəmüvafiq hesab edirik. Enerji səmərəliliyi təşəbbüslərinə qanunvericilik səviyyəsində dəstək bir çox məqsədlərə xidmət edəcək.
Birinci - İqtisadi fayda
Enerji səmərəliliyi proqramlarının qanunvericiliklə konsolidasiyası enerji istehlakını azaltmaqla müəssisələrin və ev təsərrüfatlarının xərclərinə qənaət edir. Bu, elektrik şəbəkəsinə yükü azaldır. Közərmə lampaları böyük enerji sərfiyyatına malikdir və enerjinin 80%-ə qədəri spiralın közərməsinə sərf edilir. Bu lampaların daha səmərəli işıq diod (LED) lampaları ilə əvəz edilməsi iqtisadi baxımından faydalıdır.
İkinci - Enerji təhlükəsizliyi
Azərbaycan enerji idxalından asılılığı az olan ölkə kimi, iqtisadiyyatı xarici şoklara bir o qədər də davamlıdır. Təbii ki, ölkə daxilində enerji səmərəliyinin təmin edilməsi eyni zamanda, enerji təhlükəsizliyinə töhfə verir.
Üçüncü - İqlim məqsədlərinə nail olmaq
İstixana effekti yaradan qazların emissiyalarının sonuncu inventarlaşdırılmasına əsasən, ölkəmizdə 2022-ci ildə emissiyalar 69,5 milyon ton CO₂e olub, qlobal emissiyaların 0,12%-i təşkil etməklə 1990-cı illə müqayisədə 18% azalıb".
"Eyni zamanda, Paris Sazişinin 4-cü maddəsinin 19-cu bəndinə əsasən, tərəf dövlətlər Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyalarının (LTS) hazırlanmasına təşviq olunurlar. Qeyd etmək lazımdır ki, hazırda (1 iyun 2024-cü il tarixinə) 107 ölkə qanun, siyasət sənədi (NDC, uzunmüddətli inkişaf strategiyası) və yüksək səviyyəli hökumət bəyanatı əsasında 2045-2070-ci illərədək xalis sıfır emissiya (net zero emission) hədəfləri müəyyənləşdirib ki, bu da qlobal istixana qazı emissiyaların təxminən 82%-ni əhatə edir. Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişinə uyğun olaraq, ölkə üzrə yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) beynəlxalq təcrübə əsasında hazırlanır", - deyə nazir müavini əlavə edib.
Mərahim Nəsib
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- BMT-də yeni sədr seçildi
- Hikmət Hacıyev BMT nümayəndəsi ilə görüşüb
- İlon Mask ABŞ-nin BMT və NATO-dan çıxması fikrini dəstəkləyib
- Fransız səfirin "xilas" planı: Paris erməni maraqlarının "müdafiə"sində aciz durumda
- Əməkdaşlıq üçün yeni istiqamət: Azərbaycan-Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək