Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlon Mask ABŞ-nin BMT və NATO-dan çıxması fikrini dəstəkləyib
ABŞ-nin Hökumətin Effektivliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask ölkənin BMT və NATO-dan çıxması fikri ilə razılaşıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Mən razıyam", - deyə Mask bir istifadəçinin ABŞ-nin bu təşkilatlardan çıxmasının vaxtının çatdığına dair yazısına şərh verib.
I agree https://t.co/ZhjBXCTQfp
— Elon Musk (@elonmusk) March 2, 2025
Xatırladaq ki, bundan əvvəl respublikaçı senator Mayk Li ABŞ-nin BMT-dən çıxması və onun maliyyələşdirilməsinin dayandırılması təşəbbüsünün Senatda irəli sürüldüyünü açıqlamışdı. Söhbət ABŞ-nin BMT-dən və əlaqədar təşkilatlardan tamamilə çıxmasından gedir ki, buraya həm də onların Vaşinqton tərəfindən maliyyələşdirilməsinin dayandırılması daxildir.