Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır
Qazaxıstan hökuməti Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv araşdırılmasına çağırır.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.
"Gizlədəcək heç nəyimiz yoxdur. Biz obyektiv, şəffaf və ədalətli araşdırmanın tərəfdarıyıq", - o bildirib.
Səfirin sözlərinə görə, təyyarə qəzası ilə bağlı araşdırma Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun aparılır. Abayev vurğulayıb ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatı ilkin xarakter daşıyır və baş verənlərə görə kiminsə günahını və ya məsuliyyətini müəyyən etməyi nəzərdə tutmur.
Onun sözlərinə görə, araşdırmanın yekun nəticələri 2025-ci ilin dekabrına qədər açıqlanacaq.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb, qalanları isə həlak olub.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Qazaxıstanda zirehli texnikaya Hökumə Əliyevanın adı verildi
- AZAL-ın qəzaya uğrayan təyyarəsinin pilotları ilə danışıqların stenoqramları kimlərdə var?
- Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxarıb
- AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI
- AZAL təyyarəsinin qəzası: Həqiqətin əsl üzü və "Baza" "Telegram" kanalının təxribatı