Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İrəvanda avtomobilindən Azərbaycan bayrağı asan sürücü saxlanıldı
Ermənistanın paytaxtı İrəvanda yük yerindən Azərbaycan bayrağı asılan avtomobilin videosu sosial şəbəkənin erməni seqmentində geniş rezonans doğurub. Sözügedən avtomobilin sürücüsü polis bölməsinə aparılıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, sürücü qanun pozuntusunun səbəblərini aydınlaşdırmaq üçün Vağarşapat polis bölməsinə aparılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları da müvafiq işin başlanılıb-başlanmamasına qərar verəcəklər.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə İrəvan-Mehri magistralının Artaşat hissəsində sözügedən avtomobilin videosu yayılıb.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Aİ-yə üzvlük haqqında qanun layihəsinin müzakirəsini təxirə salıb
- Ermənistan USAID vasitəsilə 110 milyon dollar alıb: XİN-dən açıqlama
- Paşinyan Ermənistan konstitusiyasının preambulasını dəyişdirməyi planlaşdırır
- Rusiya kəşfiyyatı: "Aİ Gürcüstandakı etirazları Ermənistan vasitəsilə maliyyələşdirir"
- Ermənistan - Türkiyə sərhədindəki nəzarət-keçid məntəqəsi HAZIRDIR