Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sahibsiz itlərin saxlanıldığı sığınacaqdan - FOTOREPORTAJ
Hacı Zeynalabdin qəsəbəsində bir ildən çoxdur fəaliyyət göstərən sığınacaqda 230 sahibsiz it var. İtlərə nəzarət edənlərdən biri Ramin Namazovdur. Uşaqlıqdan heyvanlara xüsusi sevgisi olan R.Namazov deyir ki, özü ikinci qrup əlildir. Buna görə gözü, əli, ayağı olmayan itlərin ağrı-acısını daha yaxşı anlayır. O, sığınacağı ətrafdakı heyvansevərlərlə birlikdə aldığını söyləyir. Bildirir ki, heç bir maddi dəstəkləri olmasa da, onlar sahibsiz itlərə qucaq açaraq, həyatda qalmaları və müalicələri üçün öz güclərinə əllərindən gələni edirlər.
Photostock.Az-ın əməkdaşı sığınacaqdan fotoreportaj hazırlayıb.
Daha çox foto burada: Photostock.Az
"Sahibsiz itlər" teqi üzrə xəbərlər
- "Tək bu gün 4-5 nəfər hücuma məruz qalıb" - Xırdalanda sahibsiz itlər problemi hələ də çözülməyib
- Türkiyədə küçə itləri 12 yaşlı qızı parçaladılar
- Deputat: "Dövlətin bütün sahibsiz heyvanlara sahib çıxması çətin məsələdir"
- Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyir? - Araşdırma başladı
- Gəncədə sahibsiz itlər sakinlərin dincliyini əlindən alıb - ŞİKAYƏT