Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda hoteldə dəhşətli cinayət: Uşaqlara film izlədib, qadını pəncərədən atıb - TƏFƏRRÜAT
Bakıda qeyri-rəsmi münasibətdə olduğu xanımı hotelin pəncərəsindən ataraq öldürməyə cəhddə ittiham edilən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Qadın məhkəmədə pəncərədən atılmadığını, özünün yıxıldığını deyib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə "AF Hotel"də baş verib.
İttihama görə, 1995-ci il təvəllüdlü Şükür Qənbərov 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanı hotelin üçüncü mərtəbəsindəki otağın pəncərəsindən aşağı atıb, onu öldürməyə cəhd edib.
Şükür Qənbərova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqla müəyyən edilib ki, tərəflər bir müddət imiş tanış olublar və onlar arasında sevgi münasibəti yaranıb. Hadisə zamanı qadının yanında iki azyaşlı övladı da olub. Şükür Sücayətlə mübahisə edən zaman uşaqları otaqdan çıxarıb. Uşaqları hamam otağına apararaq onlara öz telefonundan cizgi filmi izləmələrinə şərait yaradıb. Bundan sonra Sücayətlə münasibətlərinə aydınlıq gətirmək istəyib.
İttihamda yazılıb ki, mübahisə zamanı Şükür Sücayəti pəncərədən aşağı atıb. Sücayət pəncərədən aşağıdakı tikilinin damının üstünə düşüb. Bu zaman kəllə-beyin travması alıb, burnu və qabırğaları sınıb. Xəstəxanaya çatdırılan Sücayətin həyatını xilas etmək mümkün olub.
Sücayət məhkəmədə dindirilən zaman deyib ki, Şükür onu pəncərədən atmayıb. Onun sözlərinə görə, Şükürlə aralarında mübahisə yaranıb:
"Şükür məndən ayrılacağını dedi. Mən də onu qorxutmaq üçün pəncərəyə çıxdım. Sonra ayağım sürüşdüyü üçün yıxıldım".
Şükür də eyni məzmunlu ifadə verərək deyib ki, Sücayətdən ayırılmaq istəyib. Sücayət də onu qısqandığı üçün bu addımı atıb.
Məhkəmə tərəflərin ifadələrini səmimi qəbul etməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Şükürü 8 il müddətinə azadlıqdan məhrum edib. Onun apellyasiya və kassasiya şikayətləri təmin edilməyib, cəzası olduğu kimi saxlanılıb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Yeddi körpənin ölümündə ittiham olunanların sərbəst ifadələri dinlənildi
- Fazil Qasımova 10 il həbs cəzası istənilib
- 7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
- Ana söyüşünə görə tanışını bıçaqlayan şəxsə ŞƏRTİ CƏZA verildi
- Dövlətə xəyanətdə ittiham olunan şəxs hakim qarşısına çıxarıldı