Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik olunub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, siyahıya dörd dərman əlavə olunub. Bununla da dərmanların sayı 145-ə çatıb.
Sözügedən dərman vasitələri "Sistaqon", "Sistadrops" , "Yondelis" , "Skayklaris"dir.
Qaynar xətt:
(055) 224 12 12