"Bu gün dünyada gedən proseslərə nəzər salanda görürük ki, sülh böyük əhəmiyyət kəsb edən məsələdir".
Oxu.Az xəbər verir ki, bu fikri MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, Prezident Zəngilana səfəri zamanı bir daha dünyaya sülh mesajı verdi:
"Azərbaycan artıq özünün sülh modelini yaradıb. Regionda öz gücünə sülhə nail olub və bununla bütün dünyaya nümunə olub.
Prezidentin sülh çağırışına yerli media ilə yanaşı xarici kütləvi informasiya vasitələri də böyük önəm verir.
Azərbaycan sülhdən danışanda onun arxasında əməl dayanır. İlham Əliyevin sülh çağırışı dünya ölkələrinin rəhbərlərinin sülh çağırışından məhz buna görə fərqlənir.
Yerli media sülhün təbliğatçısı olmalıdır".