Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Naxçıvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan 20 nömrəli 10 kilovoltluq hava elektrik verilişi xətti aparılan təmir işlər ilə əlaqədar açılacaq.
Bu səbəbdən, dekabrın 11-də saat 15:00-dan 16:00-a qədər Naxçıvan şəhərinin Nəcməddin Naxçıvani, Səməd Vurğun və Vüqar Abbasov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
"Elektrik təchizatında fasilələr" teqi üzrə xəbərlər
Ən çox oxunanlar