Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanlı MMA döyüşçüsü dünya çempionu oldu
Azərbaycanın iki döyüşçüsü İndoneziyanın Bali şəhərində keçirilən MMA və qrapplinq üzrə dünya çempionatına uğurlu start verib.
Oxu.Az xəbər verir ki, 16 yaşadək MMA döyüşçüləri arasında mübarizə aparan Əli Məmmədov dünya çempionu tituluna sahib çıxıb. 58 kq çəkidə qüvvəsini sınayan təmsilçimiz 1/4 finalda Çexiya idmançısı Oliver Traqan, yarımfinalda Ukrayna döyüşçüsü Yaşeslav Atlasova qalib gəlib. O, həlledici görüşdə neytral statuslu rusiyalı Maksim Dujakla qarşılaşıb. Əli uğurlu seriyanı davam etdirərək, bu rəqibini məğlub edib və qızıl medala yiyələnib.
Digər döyüşçümüz Şamil Şərifzadə isə gənclərin 79 kq çəkidəki mübarizəsində fərqlənib. O, yalnız finalda uduzaraq gümüş mükafat qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi yarışa ümumilikdə 6 idmançı ilə yollanıb.
"MMA və Qrapplinq Federasiyası" teqi üzrə xəbərlər
- 19 yaşlı azərbaycanlı MMA döyüşçüsü rəqibini ilk raundda məğlub edib
- Beynəlxalq MMA turnirinin qalibi olan qadın idmançımız: "Özümü döyüşə tam hazır hiss edirəm"
- Azad Əsgərov: "Dünya çempionatında bəzi problemlər yaşadıq"
- "Zeyd" Döyüş Mərkəzi ilə MMA və Qrapplinq Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb
- ZFC döyüş mərkəzi yığmamızı Qazaxıstanda keçiriləcək dünya çempionatına yola saldı