Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Osman Nurməhəmmədov Bakıda keçirilməsi gözlənilən UFC-də döyüşməyə çağırıldı
Rusiyalı MMA döyüşçüsü Petr Yan Osman Nurməhəmmədovu Bakıda keçirilməsi gözlənilən UFC-də döyüşməyə çağırıb.
Oxu.Az xəbər verir ki, P.Yan şəxsi "Instagram" hesabında paylaşımında bildirib.
"Gəl, Bakıda, ya da Əbu-Dabidə döyüşək. 5 raundla! Kəmər uğrunda döyüşmək istəyirəm. Hazırda ilk beşlik və onluqda qərarlaşmış, demək olar ki, hamı məşğuldur. Yarım il gözləməyə dəyməz. Ömər (Osmanın qardaşı - red.) formada deyil. Haydı, getdik!"
Qeyd edək ki, rəsmi açıqlama verilməsə də, bu il 21 iyun tarixində Azərbaycanın UFC-də döyüş gecəsinə ev sahibliyi etməsi gözlənilir.
"MMA və Qrapplinq Federasiyası" teqi üzrə xəbərlər
- Tofiq Musayev Azərbaycanda keçiriləcək UFC turnirində iştirak edə bilər
- 19 yaşlı azərbaycanlı MMA döyüşçüsü rəqibini ilk raundda məğlub edib
- Beynəlxalq MMA turnirinin qalibi olan qadın idmançımız: "Özümü döyüşə tam hazır hiss edirəm"
- Azad Əsgərov: "Dünya çempionatında bəzi problemlər yaşadıq"
- Azərbaycanlı MMA döyüşçüsü dünya çempionu oldu
Ən çox oxunanlar