Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazir: Bu il Xalça Muzeyi rekord göstəriciyə nail olub
Bu il 122 min nəfər bilet alaraq Xalça Muzeyinə gəlib.
Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev 2019-cu ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
"Bizim məqsədimiz, şüarımız odur ki, bütün rəssamlarımızın əsərləri evlərin divarlarında asılmalıdır. İmkan daxilində hər ailə tablo almalıdır.
Bu il 122 min nəfər bilet alaraq Xalça Muzeyinə gəlib. Bununla rekord vurmuşuq. Olduqca böyük nəticədir. Bütün muzeylər belə çalışmalıdır. Artıq üç muzeydə audiobələdçilər tətbiq edilir. Başqa muzeylərdə də tətbiq olunacaq. Muzeylərin fəaliyyətini ciddi nəzərdən keçirmişik və cəlbedici layihələr həyata keçirməlidirlər", - deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, muzeydə saxlanılan əşyalar dünya miqyasında tanınmalıdır.
Sevinc Yasinqızı
"Azərbaycan Milli Xalça Muzeyi" teqi üzrə xəbərlər
- Şirin Məlikova: "Əjdaha" ovlayırdım, alman dilerə ona görə ikiqat qiymət demişdilər"
- Milli Xalça Muzeyinə direktor təyin olundu
- Azərbaycan Milli Xalça Muzeyində "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız" sərgisi açılıb - FOTO
- Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub - FOTO
- Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyəti 31 ildən sonra bərpa edilib - FOTO
Rəylər