Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nazir iki şöbə müdirini işdən çıxardı
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az Teleqraf.az-a istinadən xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayevin əmri ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.
Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Babayevdir. Onların yerinə yeni təyinat olmayıb.
Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir müavini Züleyxa Qafarova, Maliyyə və uçot şöbəsi müdiri vəzifəsini isə həmin strukturda müavin olan Səbinə Mustafayeva icra edirlər.
V.Mustafayevin əmri ilə Azad Ramiz oğlu Aslanov isə Müdafiə Sənayesi Nazirliyinin Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu vəzifə xeyli müddətdir boş idi.
Qeyd edək ki, işdən çıxarılan İsmayıl Kərimov və Nadim Babayevi 2019-cu ilin iyul ayında o zaman müdafiə sənayesi naziri olan Mədət Quliyev vəzifəyə təyin etmişdi.
"Müdafiə Sənayesi Nazirliyi" teqi üzrə xəbərlər
- Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı
- Pakistan prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
- Mikayıl Cabbarov Müdafiə Sənayesi Nazirliyi işçilərini təbrik edib
- Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır
- Zavod direktoru işdən çıxarıldı