"Bu günün məzunlarının yeni dövrün çağırışlarına cavab verəcəyinə inanıram".
Oxu.Az-ın məlumatına görə, bu fikirləri Tofiq İsmayılov adına 6 nömrəli liseydə keçirilən "Son Zəng" tədbirində elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O, bütün məzunları təbrik edib:
"Bu məktəbin məzunu olmaq şərəfdir. Çünki cənab Prezident İlham Əliyev də bu məktəbi bitirib. Onun fəaliyyəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndərin rolu də böyükdür. 144 şagird bu gün məzun olur. İnanırıq ki, bu məzunlar gələcəyimizi uğurla təmin edəcəklər. Dünya inkişaf edir. İnanırıq ki, bu şagirdlər müasir çağırışlara cavab verəcəklər. Hər zaman ölkənizi və dövlətinizi sevin".