Nazirlər Kabineti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qərar qəbul edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, qərara əsasən, dekabrın 31-dən yanvarın 6-dək (yanvarın 6-sı da daxil olmaqla) qeyri-iş günü elan olunub.
Yəni iş günü bir də yanvarın 7-də başlayır. Bunun əvəzində isə dekabrın 28 və 29-u, yəni şənbə-bazar günləri iş günü hesab olunacaq.
Bütün dövlət müəssisə və təşkilatları öz qrafiklərini buna uyğun qurmaldırlar.