“2017-ci ildə Azərbaycanda qanunsuz 55 min kubmetr həcmdə meşə qırılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə bu rəqəm 28 min kubmetr təşkil edib:
“2019-cu ildə 18 min kubmetr, 2020-ci ildə 10 min kubmetr həcmdə meşə qırılıb. Son dörd ildə meşələrin qanunsuz qırılmasının həcmi 45 min kubmetr və ya 5,5 dəfə azalıb. Bu, böyük göstəricidir. Bu sahədə müsbət dinamika var”.
“Sosial şəbəkələrdə bəzən qərəzli videolar, şəxsi ədavət niyyəti ilə məlumatlar yayılır. Bunlar isə bizim işimizə maneə olur. Elektron informasiya mənbələrində tamamilə mənbəyi bilinməyən məlumat verilir”, - deyə H.Əlizadə qeyd edib.
İlhamə Əbülfət