Ermənilərin növbəti intellektual oğurluğu ilə bağlı rəsmi səviyyədə araşdırma aparılır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu dəfə Azərbaycan milli rəqsi olan “Uzundərə”ni erməni rəqsi kimi təqdim ediblər. Rusiyanın “Birinci” (ORT) telekanalında yayımlanan və aparıcısının Yelena Malışeva olduğu “Sağlamlıq” verilişində Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmində də istifadə olunan Azərbaycanın məşhur milli rəqs havası erməni mədəniyyətinə aid edilib.
Müəllif Hüquqları Agentliyinin Əsərlərin Qeydiyyatı və Hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.
“Hələ ki, faktı nəzərdən keçiririk.Yaxın saatlarda bununla bağlı ətraflı məlumat veriləcək”, - deyə Xudayat Həsənli bildirib.
Mədəniyyət və Turizm Nazirliyi də eyni faktla bağlı araşdırmaya başlayıb.