Rusiyanın “Perviy” telekanalında yayımlanan və aparıcısının Yelena Malışeva olduğu “Sağlamlıq” verilişinin növbəti buraxılışı erməni mədəniyyətinə həsr olunub.
Oxu.Az xəbər verir ki, verilişdə azərbaycanlı tamaşaçıların hiddətinə səbəb olan məqam isə aparıcı Yelena Malışevanın Azərbaycanın milli rəqs havası, dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmində məşhurlaşmış “Uzundərə”nin erməni mədəniyyətinə aid kimi təqdim edilməsidir.