Azərbaycan Milli Elmlər Akademiyasının ərazisində 20-dən artıq ağac budanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Day.Az baş verən hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin münasibətini öyrənib.
Qurumun mətbuat katibi İradə İbrahimova deyib ki, budanma işləri ağacların cavanlaşması məqsədi ilə edilib.
Bakı Şəhər Yaşıllaşdırma Trestinin əməkdaşı Nurəddin Rzayev də bildirib ki, budanma işləri ağacları cavanlaşdırmaq üçün görülüb.
“Bu ağaclar çox yüksək idi və güclü külək zamanı aşa bilərdi”, - o əlavə edib.