Neftçala rayonunda itkin düşən 16 yaşlı məktəbli oğlan tapılıb.
“Report”un məlumatına görə, rayonun I Mayak kənd sakini, 2006-cı il təvəllüdlü Lətifov Rəvan Elşən oğlu bu gün səhər saatlarında doğulduğu kəndə qayıdıb.
R.Lətifov evdən getməsini valideynlərinə etiraz əlaməti olaraq əsaslandırıb. O, ötən gün axşam saatlarında evdən çıxıb, əvvəlcə Salyan rayonuna, sonra isə Bakıya yola düşüb. Gecə saatlarında paytaxtda yarımtikililərin birində qalıb. Ertəsi gün evə qayıdarkən isə axtarıldığını eşidib.
Faktla bağlı araşdırma aparılır.