Neftçala rayonunda üç uşaq anası itkin düşüb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində baş verib.
1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib.

Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.